Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə vəsiqə qazanan dörd komanda bəlli olub. Sport24.az xəbər verir ki, bu gün turnirin I təsnifat mərhələsi çərçivəsində dörd oyun keçirilib.
"Ağstafa Gəncləri" "Şirvan"ı (1:0), "Qaradağ Lökbatan" "Ağdaş"ı (8:0) "Sheki City" "Araz-Saatlı"nı (3:2), "Dinamo" isə əlavə vaxtda "Kür-Araz"ı (3:2) məğlub edib.
Qeyd edək ki, I təsnifat mərhələsinin digər matçları sabah baş tutacaq.