Bu gün ölkəmizdə təşkil olunan III MDB Oyunlarına yekun vurulacaq. Sport24.az xəbər verir ki, sonuncu medalçılar müəyyənləşəcək.

 

Şəkidə bədii gimnastlar mübarizə aparacaq.

 

Saat 19:00-da isə Gəncə stadionunda turnirin bağlanış mərasimi baş tutacaq.

 

Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edib.