"Mançester Yunayted"in hücumçusu Coşua Zirzee qış "transfer pəncərəsi"ndə klubdan ayrılmaq istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Goal" portalı məlumat yayıb.

 

24 yaşlı hücumçu az şans qazanmasından narazıdır. O, bu mövsüm bir dəfə də olsun start heyətində meydana çıxmayıb.

 

Qeyd edək ki, oyun praktikasının olmaması səbəbindən Niderland millisinin baş məşqçisi Ronald Kuman onu yığmanın təlim-məşq toplanışına çağırmayıb.