"Reyncers" ingilis baş məşqçi Stiven Cerrardla danışıqlara başlayıb. Sport24.az xəbər verir ki, bu barədə "BBC Scotland" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Şotlandiya klubu 45 yaşlı ingilisdən təsdiq cavabı gözləyir.

 

Qeyd edək ki, Cerrard 2025-ci ilin yanvarında "Əl-İttifaq"ın baş məşqçisi postunu tərk edəndən sonra işsizdi. O, 2018-2021-ci illərdə "Reyncers"i çalışdırıb. Komanda onun rəhbərliyi altında 192 matça çıxıb.