"Kəpəz"in qış transfer dönəmində vidalaşacağı futbolçulardan biri dəqiqləşib. Bununla bağlı Sport24.az-a etibarlı mənbədən məlumat daxil olub.

"Sarı-göylər"in baş məşqçisi Azər Bağırovun "qara-siyahı"sında qapıçı Kaçper Rosanın da adı var.

Polşalı qolkiperin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək. Bağırov bu mövqeyə yeni oyunçu alınmasını da istəyib.

Mütəxəssisin 3-4 legionerdən razı olmadığını və onlarla yolların ayırıla biləcəyini ötən gün oxucularımızın diqqətinə çatdırmışıq.

Qeyd edək ki, "Kəpəz" Misli Premyer Liqasının ilk yeddi matçının hamısında məğlub olub.