"Mançester Siti"yə qarşı irəli sürülmüş 115 ittiham üzrə maliyyə qaydalarının pozulması ilə bağlı istintaq işi yekunlaşdırmaq üzrədir. Sport24.az "Englishntv plus"a istinadən xəbər verir ki, çoxdan gözlənilən qərar artıq bu ay elan oluna bilər.

 

İngiltərə Premyer Liqası "şəhərlilər"i bir sıra ciddi pozuntularda ittiham edir:

 

- Gəlir və sponsor müqavilələri barədə düzgün məlumat verməmək;

- Futbolçulara və məşqçilərə edilən ödənişləri gizlətmək;

- UEFA-nın maliyyə feyr-pley qaydalarını pozmaq;

- İllərlə aparılan araşdırma ilə tam əməkdaşlıq etməmək və digər ittihamlar...

 

Qeyd olunur ki, İttihamlar 2009–2018-ci illəri əhatə edir. "Mançester Siti" isə bütün iddiaları təkzib edir və özünü günahsız hesab edir.