Hindistanın paytaxtı Nyu-Dehlidə qadınlar arasında dünya çempionatı yekunlaşmaq üzrədi. Sport24.az xəbər verir ki, Rusiya millisini təmsil edən Anastasiya Demurçyan çempion olduqdan sonra mükafatlandırma mərasimində təşkilatçılar yanlışlığa yol verib.

Belə ki, reqlamentə əsasən, Rusiya Federasiyasının dövlət himni səslənməli imiş. Amma təşkilatçılar Pyotr Çaykovskinin I konsertindən parça səsləndirib. Adətən bu əsərdən ruslar neytral statusda çıxış edərkən istifadə olunur. Halbuki, Rusiya boksçuları dünya çempionatına tam hüquqla buraxılıb. Buna baxmayaraq, Çaykovskinin əsəri səsləndikdən sonra yenidən Rusiya himni ifa olunub.

Mükafatlandırılma mərasimindən sonra Rusiya millisinin məşqçisi Albert Mutalibov bunun səhvən belə olduğunu bildirib.