"Sportinq"in hücumçusu Viktor Qyekeres karyerasını İngiltərədə davam etdirə bilər. Sport24.az insayder Con Krossun X sosial şəbəkəsində paylaşdığı məlumata istinadən xəbər verir ki, Arsenal 26 yaşlı isveçlini heyətində qatmaqda maraqlıdır.
Mənbənin sözlərinə görə, forvarda həftədə 240 min avro məvacib təklif olunub ki, bu da onu klubda ən çox maaş alan futbolçulardan birinə çevirəcək.
Qeyd edək ki, isveçli forvard bu mövsüm bütün turnirlərdə 50 matçda 52 qol vurub və 13 məhsuldar ötürmə edib.