"Nottingem Forest"in hücumçusu Tayvo Avoniyi əməliyyatdan sonra komaya düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

 

27 yaşlı nigeriyalı mayın 11-də Premyer Liqanın 36-cı turunda "Lester"lə matçda (2:2) dirəklə toqquşması nəticəsində zədələnib. Qarın nahiyəsindən aldığı zədə səbəbindən futbolçu təcili əməliyyat olunub.

 

Qeyd edək ki, Avoniyi cari mövsümdə meydana çıxdığı 32 görüşdə 2 qolla yadda qalıb.