"Çelsi" rəhbərliyi "Mançester Yunayted"in də maraqlandığı "İpsviç"in hücumçusu Liam Delapı ala biləcəyinə əmindir. Sport24.az xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" internet nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "zadəganlar" forvard üçün "İpsviç"ə 35 milyon avro ödəməyə hazırdır. Qeyd olunur ki, Delap özü də əvvəllər "Mançester Siti" akademiyasında birgə çalışdığı "Çelsi"nin baş məşqçisi Enzo Mareskanın rəhbərliyi altında oynamaq istəyir.

 

Qeyd edək ki, "İpsviç"in cari mövsümün sonunda Premyer liqanı tərk edəcəyi artıq dəqiqləşib. Delap isə bu mövsüm 38 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.