Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantına I Liqanın XXV turunun oyunları ilə bağlı aşağıdakə qərarlar qəbul olunub:

 

09.05.2025-ci il tarixində I Liqada XXV turun "Qaradağ Lökbatan" – MOİK oyununda "Qaradağ Lökbatan" klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün "Qaradağ Lökbatan" klubu 70 manat cərimə edilsin (maddə 37);

 

09.05.2025-ci il tarixində I Liqada XXV turun "Mingəçevir" – "İmişli" oyununda "İmişli" klubunun 6 futbolçusu sarı vərəqə aldığı üçün "İmişli" klubu 70 manat cərimə edilsin (maddə 37);