"Atalanta" baş məşqçisi Can Pyero Qasperini ilə bağlı qərar verib. Belə ki, klub təcrübəli mütəxəssisə yeni müqavilə təklif etməyə hazırdır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkəsində məlumat yayıb.

 

Təcrübəli mütəxəssisə 1+1 şərti ilə yeni sözləşmə təklif olunub. Yaxın günlərdə 67 yaşlı Qasperininin "Atalanta" rəhbərliyi ilə görüşü planlaşdırılır.

 

Qeyd edək ki, ki, "Atalanta" 36 turdan sonra 71 xalla tunir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.