Mövsümün sonunda "Lill"lə müqaviləsi başa çatan Conatan Devid gələcəyi ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, kanadalı futbolçu yayda Fransa klubundan ayrılacaq.

 

Bu barədə hücumçu özü məlumat paylaşıb.

 

Azad agent statusunda olacaq 25 yaşlı forvardla Avropada bir neçə klub maraqlanır.

 

Qeyd edək ki, Conatan Devid 2020-ci ilin avqust ayından "Lill"də çıxış edir. Kanada millisinin üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 25 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.