Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası yekun vurulub. Sport24.az xəbər verir ki, bu gün "Neftçi" və "Sabah" arasında 6-cı oyun baş tutub.

 

Bakı İdman Sarayında təşkil olunan qarşılaşmada çempionun adına aydınlıq gəlib "Sabah" seriyada 4-cü qələbəsini qazanaraq, ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxıb. "Neftçi" isə seriyada hesaba tarazlıq gətirmək və 7-ci oyunadək uzatmaq arzusu reallaşdıra bilməyib.

 

Qeyd edək ki, əsası 2022-ci ildə qoyulan Sabah ölkəmizi FIBA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb.

 

Azərbaycan Basketbol Liqası
Final, 6-cı oyun
14 may

 

19:00. "Neftçi" – "Sabah" - 78:83 (17:22, 16:13, 29:30, 16:18)
Seriyada hesab – 2:3
Bakı İdman Sarayı