Kişilər arasında Azərbaycan Basketbol Liqasında final seriyası davam edir. Sport24.az xəbər verir ki, bu gün "Neftçi" və "Sabah" arasında 6-cı oyun baş tutacaq.
Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmada çempion müəyyənləşə bilər. "Sabah" seriyada 4-cü qələbəsini qazansa, ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxacaq. "Neftçi" isə seriyada hesaba tarazlıq gətirmək və 7-ci oyunadək uzatmaq arzusundadır.
Qeyd edək ki, qarşılaşma saat 19:00-da başlayacaq.