Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

D qrupunun II turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

 

Qeyd edək ki, matç saat 20:00-da başlayacaq.