"Xankəndi" Region Liqasının yarımfinal mərhələsinin ilk oyununu qələbə ilə başa vurub. Sport24.az xəbər verir ki, Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüşdə Qarabağın əsas şəhərinin təmsilçisi "Ağstafa Gəncləri"ni 4:0 hesabı ilə məğlub edib.
Qolları Pərviz Qaraxanov (2), Elmar Rəhimov və Sərxan Hüseynov vurublar.
Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 18-də baş tutacaq