Sabah İranın Behşehr şəhərində sərbəst güləş üzrə "Necad Haşimi kuboku" turnirinə start veriləcək. Sport24.az xəbər verir ki, iki gün davam edəcək yarışda 20 yaşadək pəhləvanlar mübarizə aparacaqlar.
Azərbaycan yığması turnirdə 20 güləşçi ilə təmsil olunacaq.
Vasif Bağırov, Sədrəddin Həsənov, Hüseyn Hüseynov (hamısı 57 kq), Zamin Məmmədov (61 kq), Hacı Kərimov, Elcan İsmayılzadə, Sübhan Səfərli (hamısı 65 kq), İsmayıl Rəhimli, Adəm Bağırov, Nurlan Ağazadə, Sadiq Hüseynov (hamısı 70 kq), Omar Gülməmmədov (74 kq), Muradxan Omarov (78 kq), Məhəmməd Abbaszadə, Təbriz Bayramov, Vasif Xudiyev (hamısı 86 kq), Anar Cəfərli, Şəmistan Axundov (hər ikisi 92 kq), Yusif Dursunov və Muxamad Qantemirov (hər ikisi 125 kq) qonşu ölkədə döşək üzərinə çıxacaqlar.