"İnter"in erməni yarımmüdafiəçisi Henrix Mxitaryan ABŞ-da keçirilən klublararası dünya çempionatının 1/8 final mərhələsin "Fluminense"yə məğlub olduqları (0:2) matçda davaya səbəb olub. Sport24.az xəbər verir ki, birinci hissənin sonunda "Fluminense"nin baş məşqçisi Renato Qauço topu Mxitaryandan uzaqlaşdırarkən, erməni futbolçu onu itələyib.

 

Bu da Braziliya təmsilçisinin futbolçuları tərəfindən xoş qarşılanmayıb və nəticədə hər iki komandanın futbolçuları arasında insident yaşanıb.

 

Qeyd edək ki, "Fluminense" məğlub olan "İnter" ¼ finala yüksələ bilməyib.