"Ştutqart"ın hücumçusu Nik Voltemade "Bavariya"ya keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, tərəflər 23 yaşlı almaniyalının müqaviləsinin şəxsi şərtlərini razılaşdırıblar. Müqavilə 2030-cu ilin yayına qədər davam edəcək və transfer məbləği 100 milyon avro civarında olacağı gözlənilir.

 

Qeyd edək ki, forvard ötən mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.