AFFA Region Liqasının qalibi "Xankəndi" heyətdə "təmizləmə əməliyyatı"na başlayıb. Sport24.az xəbər verir ki, 2-ci Liqaya vəsiqə qazanan Qarabağ klubu 8 futbolçu ilə yollarını ayırıb.
Çempion heyətdən Anar Babayev, Rəşad Həmidov, Coşqun Qorçiyev, Ziya Məmmədli, Murad Rəhimli, Ruzigar İbrahimzadə, Bayram Əliyev və Elariz Xəlilli ilə əməkdaşlıq dayandırılıb.