"Gəncə" ABŞ-dən olan voleybolçu ilə heyətini gücləndirib.

 

Klubdan verilən məlumata görə, komanda İzabell Morqan ilə bir mövsümlük müqavilə imzalayıb.

 

Voleybolçu ötən mövsümü İsveç "Gislaveds"ində keçirib.

 

25 yaşlı oyunçu daha əvvəl ABŞ-nin "Villanova University", "Texas A&M Corpus Christi University" və Puerto-Rikonun "Valencianas de Juncos" klublarının heyətində çıxış edib.