Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında pley-offa yüksəlib. Sport24.az xəbər verir ki, komanda Latviyanın Cesis şəhərindəki yarışda pley-offa vəsiqə qazanıb. İbrahim Məmmədov və Muhəmməd Aslanlıdan ibarət kollektiv qrup mərhələsində Latviya və Estoniya yığmalarını 2:0 hesabı ilə məğlub edib.
Təmsilçilərimiz pley-offda Litva komandası ilə qarşılaşacaq.
Qızlardan ibarət U-18 yığması qrup mərhələsində mübarizəni dayandırıb.
Yarışda Latviya, Litva, Estoniya, Polşa, Ermənistan, Gürcüstan və Ukrayna milliləri mübarizə aparır.
Qeyd edək ki, yarışa iyulun 3-də yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.