"Monako" "Barselona"nın vingeri Ansu Fatinin transferini rəsmən açıqlayıb. Sport24.az xəbər verir ki,  futbolçu 2025/2026 mövsümünün sonuna kimi icarə əsasında "knyazlıq" təmsilçisinin formasını geyinəcək.

 

Fati yeni klubunda 31 nömrə altında çıxış edəcək.

 

Qeyd edək ki, hücumçu ötən mövsüm bütün turnirlərdə 11 matçda iştirak etsə də, fərqlənməyib.