"Gəncə" voleybol klubu legioneri ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi bolqarıstanlı hücumçu Nikol Duleva ilə vidalaşıb.

 

O, "Olimpik"lə müqavilə imzalayaraq karyerasını Fransada davam etdirəcək.

 

Qeyd edək ki, "Gəncə" bir sıra transferlər həyata keçirib. Komanda əvvəllər "Milli Aviasiya Akademiyası"nda çıxış etmiş braziliyalı blokçu Qrasiela Souza və toppaylayıcı Marianna Abuevanı heyətinə qatıb.