"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Selye" heyətini daha bir futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Jan-Lyuk Libanı heyətinə qatıb.
22 yaşlı qolkiper sərbəst agent kimi "Everton"dan Sloveniya təmsilçisinin heyətində keçib. Lübanla 2027-ci ilin yayına kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun qalibi "Sabah"la "Selye" arasında ilk oyun iyulun 10-da Bakıda, cavab görüşü bir həftə sonra səfərdə çıxacaq.