Cüdo üzrə "Böyük Dəbilqə" turnirləri iyulun sonundan yenidən davam edəcək. Sport24.az xəbər verir ki, reytinq seriyası yarışlarının keçirilməsində fasilə Macarıstandakı dünya çempionatı ilə bağlı olub.

 

Dünya çempionatından sonra ilk nüfuzlu yarış isə iyulun 25-27-də Monqolustanın paytaxtı Ulan Batorda keçiriləcək "Böyük Dəbilqə" olacaq.