"Everton"dan ayrılan Dominik Kalvert-Lyuinin yeni klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, ingiltərəli hücumçu "Lids Yunayted"ə keçib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

28 yaşlı forvardla 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Dominik Kalvert-Lyuin 2016-cı ilin yayından "Everton"da çıxış edirdi. İngiltərə millisinin üzvü ötən mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.