"Brayton"dan Karlos Balebanı transfer edə bilməyən "Mançester Yunayted" alternativ namizədə yönəlib. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" "Kristal Pelas"da çıxış edən Adam Uortonu transfer etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
London klubu futbolçusunu satmağın əleyhinə deyil. Onlar İngiltərə U-21 millisinin üzvü üçün 70 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, "Kristal Pelas" Adam Uortonu 2024-cü ilin yanvar ayında "Blekbörn"dən transfer edib. 21 yaşlı dayaq yarımmüdafiəçisi Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 6 qol ötürməsi ilə yadda qalıb.