Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda Avstriyanı qəbul edib.

 

İlk oyunda rəqibinə 0:3 hesabı ilə uduzan yığmamız üçün görüş formal xarakter daşıyıb. Son görüş də əvvəlkilərdən fərqlənməyib. Növbəti dəfə "quru hesabla" uduzan voleybolçularımız seçmə mərhələsini set qazanmadan başa vurublar.

 

Avropa çempionatı

Seçmə mərhələ

16 avqust

18:00. Azərbaycan – Avstriya - 0:3 (13:25, 12:25, 18:25)

Hakimlər: Stanislava Simiç (Serbiya), Seçkin Yener (Türkiyə)

Bakı, Voleybol Mərkəzi