Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığma səfərdə Belçika ilə üz-üzə gələcək.

 

Qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

 

Qeyd edək ki, Azərbaycan millisi avqustun 16-da Avstriyanı qəbul edəcək. Komanda daha əvvəl evdə Belçikaya, səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzub.