"Gəncə" heyətini braziliyalı voleybolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, "sarı-göylər" Luisa Tomaz ilə müqavilə imzalayıb.

 

O, 2025/2026 mövsümündə "Gəncə"nin formasını geyinəcək. Voleybolçu ötən mövsümü Portuqaliyanın "Benfika" klubunda keçirib.

 

Tomaz Portuqaliya Superkubokunun və Portuqaliya Birinci Divizionunun qalibi olub, Braziliya Super Liqasında gümüş medal qazanıb.