16 yaşadək (U-16) qızlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarına hazırlığın növbəti mərhələsini Özbəkistanda keçəcək. Sport24.az xəbər verir ki, bu məqsədlə komanda Daşkəndə yola düşüb.

 

Avqustun 18-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığmamız Özbəkistanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.