"Real" hücumçusu Qonsalo Qarsiya ilə müqaviləni uzadıb. Sport24.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı ispaniyalı ilə yeni müqavilə 2030-cu il iyuna kimi nəzərdə tutulub.

 

2025-ci il klublararası dünya çempionatından sonra Qarsianın maaşı artırılıb. ABŞ-da keçirilən turnirdə Qarsiya 6 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, Qarsiya 2024/25 mövsümündə "Kral klubu"nun heyətində bütün turnirlərdə 46 matçda 30 qol vurub və 6 məhsuldar ötürmə edib.