Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Konor Qallager yenidən Premyer Liqaya qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı ingilislə "Nyukasl" maraqlanır. Qeyd olunur ki, Madrid klubuna yeni oyunçular gəldikdən sonra Qallager daha az oyun vaxtı ala bilər. "Nyukasl" bu transfer üçün 40 milyon avro xərcləməyə hazırdır.
Qeyd edək ki, Qallager ötən mövsüm meydana çıxdığı 50 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.