"Sumqayıt"dan ayrılan Momo Yansanenin yeni klubu müəyyənləşib. Sport24.az-ın məlumatına görə, 27 yaşlı hücumçu karyerasını Kiprdə davam etdirəcək.

Forvard bu ölkənin "Omoniya"(Aradippou) kollektivinə keçib. Onun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Momo Yansane ötən mövsüm "Sumqayıt"ın formasını geyinib.