Azərbaycan millisi Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında ilk medalını qazanıb. Sport24.az xəbər verir ki, komandamızın aktivinə mükafatı karateçi İrina Zaretska yazdırıb.

 

68 kq-da çıxış edən dünya çempionu finaladək uğurla irəliləyib. Həlledici görüşdə isə isveçrəli Elena Quirici ilə qarşılaşan Zaretska məğlub olub və gümüş medala yiyələnib.