Bu gün "Zirə" və "Şamaxı" yoxlama oyununda üz-üzə gələcəklər. Sport24.az xəbər verir ki, qarşılaşma "Azərsun Arena"da keçiriləcək və saat 20:45-də başlayacaq.

 

Qeyd edək ki, "Zirə" Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) uduzaraq mübarizəni dayandırıb.

"Şamaxı" isə yoxlama oyunlarında "Sumqayıt"a (1:0), "Kəpəz"ə (6:1), "Karvan"a (2:1) qalib gəlib, "Qəbələ"yə uduzub (1:2).