"Fiorentina"da çıxış edən "Mançester Yunayted"in keçmiş qapıçısı David de Xea hazırkı və keçmiş klubları arasında yoldaşlıq oyunu öncəsi "qırmızı şeytanlar"ın sabiq baş məşqçisi Aleks Ferqyusonla görüşüb. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti X sosial şəbəkəsində paylaşım edib.
"Mançester Yunayted" - "Fiorentina" matçı bu gün Mançester şəhərindəki "Old Trafford" stadionunda keçiriləcək.
Qeyd edək ki, David de Xea 2024-cü ilin avqustundan "Fiorentina"da çıxış edir.Bu ilin mayında 34 yaşlı qolkiper İtaliya komandası ilə müqaviləsini bir mövsüm də uzatmaq şərti ilə 2028-ci ilin yayına qədər yeni anlaşma imzalayıb. İspan qolkper 2011-2023-cü illərdə "Mançester Yunayted"də çıxış edib.