Serbiyalı hücumçu Duşan Tadiç karyerasını BƏƏ-də davam etdirəcək. Sport24.az xəbər verir ki, "Əl-Vəhda" klubu 36 yaşlı forvardla müqavilə imzaladığını rəsmən açıqlayıb. "Ayaks"ın sabiq futbolçusu yeni komandasına azad agent kimi qoşulub.
Tadiçin son klubu 2023-2025-ci illərdə çıxış etdiyi Türkiyə təmsilçisi "Fənərbaxça" olub. Futbolçu daha əvvəl "Ayaks", "Sauthempton", "Qroningen" və "Voyvodina"da çıxış edib. Bundan əlavə, Tadiç Serbiya millisində 111 oyun keçirib və 23 qol vurub.
Qeyd edək ki, bu ilin yanvarında "Əl-Vəhda" portuqaliyalı Xose Moraisi "sükan arxasına" dəvət edib.