"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen yenidən komandanın kapitanı olub. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:

 

"Ter Stegen əməliyyatı ilə bağlı tibbi hesabatı La Liqaya göndərmək üçün klubun tələb etdiyi buraxılışa imza atıb. İntizam işi bağlanır və kapitanlıq sarğısı yenidən ona verilir".

 

Qeyd edək ki, bir neçə gün öncə almaniyalı qolkiper sözügedən sənədi imzalamaqdan imtina etmişdi. Buyna görə də katalonlar yeni futbolçuları qeyddiyyata sala bilmirdilər.