"Tvente"nin yarımmüdafiəçisi Mişel Flap Qətərin "Əl Əhli" klubuna keçib. Sport24.az xəbər verir ki, Qətər təmsilçisi bu transfer üçün qarşı tərəfə 2,5 milyon avro ödəyəcək.

 

Futbolçu ilə 3 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Flap 2021-ci ilin payızından "Tvente"də çıxış edir. 2024/25 mövsümündə yarımmüdafiəçi komandanın heyətində bütün turnirlərdə 50 matçda 7 qol vurub və 10 məhsuldar ötürmə edib.