"Leyptsiq"in hücumçusu Benjamin Şeşko "Mançester Yunayted"lə anlaşıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, klublar 22 yaşlı sloveniyalının transferi üçün bütün sənədləri imzalayıb. Transfer qiyməti 85 milyon avro olacaq. Futbolçu artıq tibbi müayinədən keçib.

 

Qeyd edək ki, Şeşko 2024/25 mövsümündə 45 matçda iştirak edib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.