UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra komandaların növbəti raunda yüksəlmə şansları açıqlanıb. Sport24.az-ın məlumatına görə, "Qarabağ"da bu rəqəm 93 faiz olaraq göstərilib.

Azərbaycan çempionunun rəqibi Şimali Makedoniyanın "Şkendiya" kollektivinin isə pley-offa adlamaq ehtimalı 7 faizdir.

Qeyd edək ki, "Qarabağ" səfərdəki ilk görüşdə "Şkendiya"nı məğlub edib - 1:0. Cavab qarşılaşması avqustun 12-də olacaq.