UEFA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edən komandaların əsas raunda vəsiqə qazanma ehtimalları yenidən açıqlanıb. Sport24.az xəbər verir ki, "Football Meets Data" 10 komanda ilə bağlı araşdırma aparıb.

Siyahıda Azərbaycan çempionu "Qarabağ" da yer alıb. Ağdam təmsilçisinin Avropanın bir nömrəli klub turnirində əsas mərhələyə yüksəlmə şansı 50 faiza qalxıb.

Qeyd edək ki, bu gün III təsnifat mərhələsinin ilk oyununda Bakıda "Şkendiya" ilə üz-üzə gələcək. Səfərdə baş tutan ilk görüşdə "köhlən atlar" rəqibini bir cavabsız qolla üstələyib. bu cütün qalibi pley-offda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq.