"Qalatasaray"ın sabiq hücumçusu Mbaye Diagne karyerasını yenidən Türkiyədə davam etdirəcək. Sport24.az xəbər verir ki, seneqallı hücumçu 1-ci liqada çıxış edən "Amedspor"la anlaşıb.

 

O, Türkiyəyə gələrək, tibbi müayinədən də keçib. 33 yaşlı forvard Diyarbəkir təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

 

Diagne son olaraq Səudiyyə Ərəbistanının NEOM klubunda oynamışdı. Bundan əvəvl isə Mbaye "Yuventus", "Kasımpaşa", "Qalatasaray", "Vest Bromviç", "Fatih Karagümrük" klublarında çıxış edib.