PSJ və İtaliya millisinin qapıçısı Canluici Donnarumma, Ederson ayrılacağı təqdirdə "Mançester Siti"nin əsas transfer hədəfinə çevriləcək. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

 

Artıq braziliyalı ilə müqavilənin şərtlərini razılaşdıran "Qalatasaray" onunla ciddi maraqlandığından "şəhərlilər"in əsas qapıçısının karyerasını Türkiyədə davam etdirə biləcəyi real görünür.

 

Qeyd edək ki, 26 yaşlı Donnarummanın PSJ ilə müqaviləsinin bitməsinə 1 il qalıb və bu gün italiyalı qolkiperin UEFA Superkubokunda "Tottenhem"lə matçda iştirak etməyəcəyi rəsmən açıqlanıb.