Mönhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Yens Kastrop idman vətəndaşlığını Almaniyadan Cənubi Koreyaya dəyişib. Sport24.az xəbər verir ki, bu barədə FİFA-nın saytı məlumat yayıb.

 

Düsseldorf sakini alman ata və koreyalı anadan doğulub.

 

22 yaşlı futbolçu daha əvvəl Almaniyanın gənclər yığmasında 4 oyun keçirib. 2025-ci il iyulun 1-də "Borussiya" ilə müqavilə imzalayan yarımmüdafiəçi əvvəllər "Nürnberq" və "Köln"də çıxış edib.

 

Qeyd edək ki, Kastrop 2024/25 mövsümündə "Nürnberq"in heyətində 26 matça çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Cənubi Koreya Asiya Futbol Konfederasiyasının seçmə turnirinin B qrupunda birinci yeri tutaraq 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.