"Tvente"nin heyətində Niderland çempionunu olan Ronni Stam narkotik qaçaqmalçılığına görə 7 il müddətinə azadlıqdan məhrum edilib. Sport24.az xəbər verir ki. bu barədə "NU.nl" portalı məlumat yayıb.
Breda məhkəməsi 41 yaşlı Stamı kokain qaçaqmalçılığı və çirkli pulların yuyulmasında təqsirli bilib. İttiham tərəfi əvvəlcə 13 il həbs istəyib.
Onun 43 yaşlı qardaşı da 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Hər ikisi 30 min avro cərimə ödəməlidir. Məhkəmə həmçinin cinayət yolu ilə qazanılan 1,7 milyon avronun müsadirə edilməsinə qərar verib.
Qeyd edək ki, Stam karyerası" NAC Breda", "Standard" və 2013-cü ildə heyətində İngiltərə Kubokunu qazandığı "Viqan"nın formasını geyinib.