İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Ronald Arauxo komanda ilə birgə məşqlərə qoşulub. Sport24.az xəbər verir ki, o artıq komandanın düşərgəsinə qoşulub.

 

Uruqvaylı müdafiəçi UEFA Çempionlar Liqasında "Çelsi" (İngiltərə) ilə matçda (0:3) qırmızı vərəqə aldıqdan sonra rəhbərliyin icazəsi ilə klubun düşərgəsini tərk etmişdi.

 

Kataloniyalıların rəhbərliyi müəyyən fasilənin futbolçunun psixoloji durumuna faydalı olacağını düşünüb.

 

Qeyd edək ki, "Barselona" növbəti oyununu 2026-cı il, yanvarın 4-də "Espanyol"a qarşı keçirəcək.